Zinət əşyalarına düzgün qulluq.
Gözəllik və Dəb Hər Şeydən Bir Az Redaktorun Seçimi

Zinət əşyalarına düzgün qulluq

Zinət əşyaları xanımların bəzəyidir. Qadını göz qamaşdırıcı göstərir. Daş qaşların enerjisi var fikrinə əsaslansaq  onları canlı hesab edə bilərik. 1Arada.az sizə bu nadir tapıntılara qulluq qaydalarından danışacağıq.

Növündən asılı olmayaraq zinət əşyalarını xüsusi qutularda və hər birini yumşaq parçaya bükülü vəziyyətdə saxlamaq şərtdir. Qiymətli daşlar material olaraq qızıl və platindən daha bərkdir, bir-birini zədələyə bilər. İstifadə zamanı isə onları kosmetik vasitələrdən qorumaq lazımdır.

Xanımların, elə bəylərin də ən çox istifadə etdiyi qiymətli metal qızıldır. Havanın təsirindən və istifadə qaydasından asılı olaraq onun rəngi tündləşə və ya parıltısı itə bilər. Amma bunu özünüzə dərd etməyin. Çarəsini 1Arada.az sizə təqdim edir.

Bir stəkan suya 1/2 çay qaşığı naşatır spirti tökün. Sonra sevimli bəzək əşyalarınızı həmin suda yuyun. Daha sonra təmiz su ilə onları yaxalayıb yumşaq parça ilə yaxşı-yaxşı silin. Qızıl kulon, zəncir, sırğa, nişan üzüklərini təzələmək və parıltını qaytarmaq üçün digər bir vasitə. Sizə 1 çay qaşığı şəkər tozu və 1 stəkan su lazım olacaq. Qızıl zinət əşyalarını 2-3 saat bu məhlulda saxlayın, sonra isə yumşaq parça ilə silin. Ağ qızılı isə ammonium xloridin məhlulu ilə təmizləmək olar. Həmçinin ağ qızılın nəm qalmasına imkan verməyin. Bu sevimli əşyanızın keyfiyyətini tez itirməsinə səbəb olacaq.

DİQQƏT! Qiymətli daşlarla bəzənmiş zinət əşyalarının spirtlə təmizlənməsi SƏHVDİR! Ev şəraitində onları yumşaq diş fırçası ilə ilıq sabunlu suda təmizləmək kifayətdir. Bu üsulla tez-tez taxılan hər bir zinət əşyanızı 2-3 ayda bir dəfə təmizləyə bilərsiz.

Yağı özünə çəkmək xüsusiyyətinə malik olan brillyant qaşlar çox tez çirklənirlər. Təbii qaşlar arasında ən yumşaq hesab olunan zümrüd daşıdır. Ona görə də zümrüdü yanlız əl ilə təmizləmək lazımdır. Başqa heç bir xüsusi vasitələrdən istifadə olunmamalıdır.

Rəngi qaralan gümüşlərinizi isə ilıq sabunlu suda yuyub, naşatır spirti əlavə olunan diş tozu və ya tabaşir ilə təmizləyə bilərsiz. Ümumiyyətlə gümüş əşyaları vaxtaşırı olaraq ilıq sabunlu suda və ya soda qatılmış ilıq suda yuyub, sonra təmiz su ilə yaxalayın.

DİQQƏT ! Qızıl suyuna çəkilən əşyaları diş məcunu ilə təmizləmək qəti qadağandır !

Əziz xanımlar par – par yanan zinət əşyalarına baxıb gözləriniz qamaşmasın. Unutmayın onlara gözəllik qatan sizsiz!

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir