Yerkökü təkcə yeməklərdə deyil, həm də şirniyyatların tərkibində də çox dadlı olur.
1Arada.az sizə çox dadlı və zərif yerkökü desertinin reseptini təqdim edir:
Lazım olan ərzaqlar:
-4 ədəd yerkökü
-1 stəkan şəkər tozu
-1 paket sadə peçenye
-2/1 stəkan rəndələnmiş kokos
-1 desert qaşığı darçın
Pudinq üçün:
-4 stəkan süd
-2 xörək qaşığı un
-1,5 xörək qaşığı nişasta
-5 xörək qaşığı şəkər tozu
-1 paket vanilin
Üzəri üçün:
-9 ədəd badam
Hazırlanması:
-Yerkökülərin qabıqlarını soyun və sürtgəcdən keçirin.
-Bir tavaya tökün üzərinə 1 stəkan şəkər tozu əlavə edərək yaxşıca qarışdırın.
-Qazı yandıraraq 10 dəqiqə qədər qovurun.
-Peçenyeləri bir qabın içərisində əllərinizlə əzin.
-Hazırlanana yerkökü qarışımını peçenye və darçınla yaxşıca qarışdırın.
-Formanın dibini isladın və kokos qırıntıların səpin.
-Üzərinə hazırladığınız peçenye və yerkökü qarışımını yayın. Əlinizlə möhkəmcə sıxın.
-Pudinq hazırlamaq üçün vanildən başqa bütün ərzaqları bir qaba tökərək topaclanmasın deyə yaxşçıca qarıştırın.
-Daha sonra qazı yandıraraq qaynayana qədər bişirin.
-Bişdikdən sonra vanil əlavə edib yaxşıca qarışdırın.
-Bir az soyuduqdan sonra yerkökü layının üzərinə çəkin.
-Daha sonra soyuducuya qoyaraq bir gecə saxlayın. Badamla bəzəyərək servis edin.
Nuş olsun!