Yuxuda su görmək, xoş bir həyata və gözəl bir ruziyə yozular.
- Bir kimsənin yuxuda suyu evində görməsi – səadətə, bolluğa, çox xeyirə və subaydırsa evlənməyə yozular.
- Suyun çox təmiz görülməsi – ruzinin bol olmasına və ədalətin yayılmasına yozular.
- Bir kimsənin özünə bir qədəh içində su verildiyini görməsi – uşağa yozular.
- Yuxusunda su içən – gözəl bir həyata qovuşar.
- Su görmək:
saf və aydın olsa – xeyir və mənfəətə
bulanıq olsa – kədərə və dolanışıq darlığına işarədir. - Qədəh içində olan saf suyu içdiyini görən kimsə – uşaq və xanımından xeyirə çatar.
- İsti su içdiyini görən kimsəyə – şiddətli bir kədər isabət edər.
- Safi bir suya atladığını görən kimsə – tez sevincə çatar.
- Axıntısı olmayan su – həbsə yozular.
- Acı su – acı bir güzarana yozular.
- Duzlu su – dolanışığı çətinliyi, kədərdir.
- Bulanıq və iylənmiş su – haram maldır.
- Sarı su – xəstəlikdir.
- Yuxuda quyudan qara su çıxarılması – yuxu sahibinin evlənəcəyi xeyirsiz bir qadına yozular.
- Şirin su – halal ruziyə, ürək və elmin gözəlliyinə və ölümə yaxınlaşan bir xəstə üçün yenidən həyata yozular.
- İsti su görmək – xəstəlik və hüzndür.
- Ətəyi ilə su daşıdığını görmək – malında və dünya işlərində əskilməsindən dəlalət edər.
- Bir şüşəni su ilə doldurduğunu və o sudan içdiyini görənin yoldaşı hamilə qalar. Əgər yuxunu görən evli deyilsə, evlənər, ruzisi artar.
- Birinə pulsuz su verdiyini görən – yaxşılıq edər, bir rəvayətə görə, bir yerdə quruluş etdirər.
- Bir yerə su töküldüyünü görmək – o yerdə feyz və bərəkətə dəlalət edər.
- Evində, hər nə şəkildə olursa olsun, saf və aydın su olduğunu görmək – yaxşı və xoşbəxt bir həyata, geniş ruziyə,
bulanıq su görmək – zərərə, dolanışıq çətinliyinə dəlildir. - Özünü su içində görən çətin bir işlə məşğul olar.
- Evində və ya bostanına su çevirdiyini görən – evlənər
- Üstünə su sıçradığını görən – xeyr və mənfəətə çatar. Əgər bu bulanıq və pis qoxulu isə – yuzumu əksinədir.
- Suların yerlərə töküldüyünü görən – malından xərcləyər.
- Körpü və ya kəmər altında suların axdığını görmək – xalqın özlərinə köməkçi olan bir kimsədən xeyr görəcəklərinə işarədir.
- Dənizin suyunu bir tərəfə çevirib axıtdığını görən – dinsiz bir kimsədən mal əldə edər.
- Suyu axıdan bir qabda – məsələn kalbur və ya süzgəc kimi –
su saxlamaq istədiyini görən – özünə faydası olmayan bir işə bağlanar. - Hər hansı bir şey içində su saxlamaq – uzun ömür dəlalət edər.
O sudan xərclədiyi – ömürünün keçəni,
qalanı isə ömürünün geri qalanının.
Əgər bütün suyu içərsə – əcəli gəlmiş deməkdir.