Yuxuda at görmək
Yuxu Yozmalar

Yuxuda at görmək

Yuxuda at görmək demək olar ki, xeyirə yozulur. Necə deyərlər, at muraddır. Atla bağlı yuxular adətən arzuların çin olacağına işarə edilir. 

1Arada.az xəbər verir ki, yuxuda ağ atın belinə minmək yaxşı əlamətdir. Arzularınız həyata keçəcək. Əgər mindiyiniz at çirklidirsə, etibar etdiyiniz adamların paxıllığı gözlənilir. Mindiyiniz qara atdırsa əgər, bu o deməkdir ki, işləriniz də uzun müddət uğur əldə edəcəksiniz. Kəhər atın belində çapmaq da, arzuların gerçəkləşməsinə işarədir. 

Yuxuda at görmək bərəkətin, bol qismətin işarəsidir. 
Yuxuda atın öldüyünü görmək iş və ya evlə əlaqədar problemlərin yaşanacağına işarə edər. 
Yuxuda bazardan at aldığını görən adam əgər iş adamıdırsa, öz mövqeyində sürətlə artar. 

Yuxuda bala at görmək bu yuxu görən adamın yeni bir məsuliyyətə girməyinə işarə edər. Amma bu məsuliyyət yeni bir iş və ya uşaq sahibi olmaq deməkdir. 
Yuxuda at öldürmək narahatlıq yaratsa da ama bu yuxu bolluğa, bərəkətə işarə edər. 

Yuxuda at kəsmək bu yuxu atla əlaqəli yuxular içində demək olar ki ən xoş olmayanıdır. Bu yuxunu görən adam səhv qərarlar verəcək və bu səhvə görə onu qınayan adamlar haqlı çıxacaq.

Yuxuda at sürüsü görmək bu yuxunu görən adamın hörməti artacaq və ona rəğbət bəsləyənlər çoxalacaq. 
Yuxuda ölmüş at görmək ilk öncə problemlərə işarə edər. Yuxunu görən adam əvvəlcə bir neçə problem yaşayacaq və stressə düşəcək ama sonda hər şey yoluna girəcək. 

 Yuxuda at əti yemək bu yuxunu görən adamın xəstəlik keçirəcəyinə işarə edər. Eyni zamanda yuxunu görən adam strees və xaos yaşayacaq. 
Yuxuda qaçan at görmək yuxu görən adamın bərəkət, izzət, ruzi, şəfa tapacağına və bolluq içində olacağına yozulur. 

Yuxuda tək buynuzlu at görmək yarımçıq qalan və sonuna kimi gedə bilinməyən yuxu kimi şərh olunur. 

Yuxuda uçan at görmək bu yuxunu görən insan ən çox yaşamaq istədikləri şeyi yaşayacaq, üzü güləcək, çətinlikləri və dərdi bitəcək.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir