Yoluxucu Xəstəliklər Üzrə Məşhur EKSPERT Maskalar Haqqında VACİB FAKTLARI AÇDI
Hər Şeydən Bir Az

Yoluxucu xəstəliklər üzrə məşhur EKSPERT maskalar haqqında VACİB FAKTLARI AÇDI

Koronavirusdan qorunmaq üçün tibbi maska ​​alternativi təklif olunub.

1Arada.az xəbər verir ki, Rusiyanın Virus İnfeksiyalarının Qarşısının Alınması və Müalicəsi üzrə Araşdırma Mərkəzinin direktoru, immunoloq-yoluxucu xəstəliklər mütəxəssisi, allerqoloq Georgi Vikulov maskanın hazırlanma qaydasından danışıb.

Vikulov xatırladıb ki, maska ​​dördqatlı olmalıdır. Onun sözlərinə görə, maskanı sarğı və ya bintdən hazırlamaq olar. Lakin onu 2 saatdan çox istifadə etmək olmaz. Hərbi xidmətdə də birdəfəlik istifadə üçün nəzərdə tutulan maskalar olmadıqda onlar bintdən hazırlanır. İnfeksion xəstəliklər üzrə mütəxəssisin sözlərinə görə, asqıran və ya öskürən insanlar sizin yanınızdadırsa, lakin maska ​​yoxdursa, üzünüzü şərflə bağlaya bilərsiniz.

İmmunoloq qeyd edib ki, maskalar xəstə və ya yoluxmuşlar üçün nəzərdə tutulub. Həm də riskli insanlar da maska taxmalıdır. Vikulov maskaların nəm edilməsi tövsiyələrini də şərh edib:

“Sosial şəbəkələrdə maskalara propolis və efir yağları vurulması barədə videolar yayılıb. Bu lazım deyil. Viral infeksiyalardan qorunmaq üçün maskalara antiseptiklər hopdurmaqdansa, mexaniki baryer vacibdir. Bundan başqa, bəzi insanların bu komponentlərə qarşı allergiyası var”.

Yoluxucu xəstəliklər mütəxəssisi, gözləri hava yoluxucu infeksiyalardan qorumaq lazım olduğunu da nəzərə çatdırıb. COVID-19 infeksiyası selikli qişalardan keçə bilər, odur k, tibbi və ya “sıfır” eynəklər qorunmaq üçün taxıla bilər. Mütəxəssis izah edib ki, eynəklər gözləri tamamilə bağlamasa da, kömək edə bilər.

Ən son məlumatlara görə, dünyada 218,8 mindən çox insan koronavirusa yoluxub, 8,8 mindən çoxu ölüb, 84,1 min nəfər sağalıb. İnfeksiya 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində yayılıb./Publika.az

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir