Yol polisindən XƏBƏRDARLIQ - Bu halda cərimə olunacaqsınız
Hər Şeydən Bir Az

Yol polisindən XƏBƏRDARLIQ: “Bu halda cərimə olunacaqsınız”

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, habelə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib.

1Arada.az xəbər verir ki, müraciətdə deyilir:
“Ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməməsinin məsuliyyətə səbəb olması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub və bu tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə 2 iyun 2020-ci ildə dəyişiklik edilərək inzibati məsuliyyət müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq, DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, xüsusi karantin rejimində şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməməklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində, həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcəklər”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir