1Arada.az sizə Yeni il süfrəsi üçün maraqlı və dadlı salat resepti təqdim edir:
Lazım olan ərzaqlar:
3 ədəd yumurta
3 ədəd bildirçin yumurtası
300 qr toyuq filesi
3 ədəd kartof
2 ədəd xiyar
1 ədəd baş soğan
50 qr mayonez
30 qr göyərti
50 ml bitki yağı
duz
istiot
Hazırlanması:
Soğanı halqa şəklində doğrayın. Acılığını yox etmək üçün üzərinə isti su əlavə edin və ya marinadlaşdırın. Yumurtanı və toyuq filesini bişirərək uzun formada doğrayın. Yumurtanın yalnız ağını doğrayın. Xiyarı da eyni formada doğrayın. Kartofu sürtkəcdən keçirərək samak formasına salın. Soyuq su ilə yuyaraq qurulayın. Daha sonra isə bitki yağında qızardın. Doğranan bütün ərzaqları və kartofun 3-də birini bir qabda qarışdırın. Mayonez, duz, istiot vurun. Daha sonra salat qabına tökərək üzərinə yumurta sarısını xırdalayaraq səpin. Üzərinə qızarmış katrofu yayın. Salatın ortasına göyərtini onun üzərinə isə bildirçin yumurtalarını qoyun.
Nuş olsun!