Yaşı 18-dən 40-dək olan kişilərin nəzərinə! Sabahdan etibarən...
Hər Şeydən Bir Az

Yaşı 18-dən 40-dək olan kişilərin nəzərinə! Sabahdan etibarən…

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.

FHN-dən 1Arada.az-a bildiriblər ki, 2020-ci ilin çimərlik mövsümü ərzində vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dövlət dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

• şəxsiyyət vəsiqəsi;

• əmək kitabçası (olanlar üçün);

• tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənəd;

• sağlamlıq haqqında arayış (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən);

• 3×4 ölçüdə qırmızı fonda 2 ədəd fotoşəkil.

Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaqdır.

Sənədlər 2020-ci il mayın 14-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri Xətai rayonu Nəcəfqulu Rəfiyev 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir. Əlaqə telefonları: (012) 512-17-35 və 512-17-09.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir