Briqam Yanqa universitetinin alimləri müəyyən ediblər ki, yağlılıq dərəcəsində asılı olaraq süd insanın bioloji yaşına təsir göstərir.
1Arada.az-ın bildirdiyinə görə, məlum olub ki, yağlı süddən fərqli olaraq yağsız süd telomerlərin yəni xromosom ucluqlarının kiçilmısinə səbəb olmur. Xromosom ucluları hüceyrələrin bölünmə tsiklini tənzimləyir. Siqaret çəkmə kimi neqativ amillər telomerlərin kişilməsini sürətləndirir. Bir sözlə telomerlə nə qədər balacadırsa orqanzim bir o qədər qocadır.
Araşdırmada 6000 insan iştirak edib. Məlum olub ki, yağlılıq faizi 1-dən çox süd içən insanların DNT-sı 4 il müddətində sürətlə qocalır. Alimlər hesab edirlər ki, südün tərkibində olan doymuş yağ turşuları heceyrələr üçün stress yaradır və onların məhv olmasna səbəb olur.
Südün tərkibinin 3-2 hissəsi doğmuş yağlardan təkil olunub. Onlar orqanzimdə iltihaba səbəb olur, bağırsağın mikroflorasını dəyişir, turşuma prosesini artırır və nəricədə də bir çox xəstəliklərin meydana çıxmasına şərait yaradır. Təcrübə nəticəsində o da məlum olub ki, ümumiyyətlə süd içməyən insanlar az yağlı süd içən insanlarla müqayisədə daha uzun yaşayıblar.