Xiaomi-nin CEO-su Lei Jun Mi10 və Mi10Pro smartfonlarının Çin bazarında milyondan çox ədəd satılması xəbəri ilə təqdim edildi.
Şirkət bu faktla çox fəxr edir. Çünki bu Xiaominin dünya bazarına təqdim etdiyi ən bahalı smartfonlarıdır.
1Arada.az məlumatı olmayanlar üçün xəbər verir ki, Xiaomi ilk dəfə olaraq Mi10Pro modelli smartfonunu 1000 avroya təqdim edib.
Xiaomi bu təqdimatda MİUİ 12-nin çin versiyasını bizə göstərdi. Qeyd edək ki, bu sistemin 2 versiyası mövcuddur: Çin versiyası və Qlobal versiya. Çin versiyalı MİUİ-da google ilə bağlı olan tək bir amil android-in olmasıdır. Yəni nə Google servislər, nə də Google Play Market bu versiyalı MİUİ da olmur. Amma narahat olmayın. Bizim bazarda istifadə olunan Xiaomi smartfonlarınada MİUİ 12 versiyası gələcək. Xiaomi MİUİ 12– də kordinal dəyışikliklər edib? Yox. Başqa Android interfeslerindən və iOS sisteminin ən üstün elemetlərini Xiaomi, MİUİ 12 – yə tətbiq edib.