Ən ölümcül xəstəliklərdən biri xərçəng xəstəliyi vaxtında aşkar olunduqda müalicə edilə bilir. Xəstəlik özünü bir sıra əlamətlərlə büruzə verir. Bunun üçün də sadəcə olaraq bir qədər diqqətli olmaq və əlamətləri vaxtında aşkarlamaq lazımdır.
1Arada.az sizə xərçəng xəstəliyinn ən çox rast gəlinən 5 əlamətini təqdim edir:
- Pəhriz və idman vərdişlərində heç bir dəyişiklik olmadığı halda birdən-birə arıqlamaq yaxşı əlamət deyil. Həddindən artıq arıqlamaq mədəaltı vəzi, mədə və ağciyər xərçənglərinin də əlaməti ola bilər.
- Xərçəngin ilk əlamətləri ağrıya səbəb olmur. Amma bədəndə anidən baş verən və ya davamlı ağrı sümük, beyin və ya digər xərçəng xəstəliklərinin göstəricisi ola bilər.
- Az yeməkdən sonra belə toxluq hiss etmək yumurtalıq, mədəaltı vəz və ya mədə xərçənginin əlaməti ola bilər. Mədəaltı vəzi xərçəngi ən çətin müalicə edilən xəstəlik olduğu üçün erkən diaqnoz qoyulmalıdır. Bu xərçəng növünün ən çox rast gəlinən əlamətləri iştahanın itməsi, çəkinin sürətlə azalması, gözlərin və ya dərinin saralması, solğunluq, sürüşkən nəcisdir.
- Tez-tez tualetə getmək istəyinin olmasına baxmayaraq, sidiyə çıxa bilməmək əksər hallarda sidik kisəsi xərçənginin əlaməti ola bilər. Bu xəstəlik, adətən, orta yaşı keçən kişilərdə müşahidə edilir.