XƏBƏRDARLIQ EDİLDİ! İyunun 6-da EHTİYATLI OLUN…
1Arada.az-ın Publika.az-a istinadən məlumatına görə, ABŞ Aeronavtika və Kosmik Agentliyi (NASA) xəbərdarlıq edib.
Agentlik iyunun 6-da Yer kürəsinə təhlükəli asteroidin yaxınlaşacağı barədə xəbər verib.
Məlumata görə, diametri 250-570 metr arasında təxmin edilən “163348” (2002 NN4) asteroidi planetimizin 5,1 milyon km uzaqlığından keçəcək. Asteroidin sürəti 11,1 km/s hesablanıb.