Vəziyyət O Qədər Də Ağır Deyil - Çətinlik May Ayına Kimidir – Professor
Hər Şeydən Bir Az

Vəziyyət o qədər də ağır deyil: Çətinlik may ayına kimidir – Professor

Ötən ilin dekabrında Çində peyda olan və indiyədək dünyanın 182 ölkəsinə yayılan koronavirus (COVİD -19) təhlükəsi davam edir.

Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu martın 15-dən həkim və orta tibb işçiləri üçün koronavirusla bağlı təlim-treninqlərə başlayıb.

1Arada.az bildirir ki, Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az”a açıqlamasında bu qərarı müsbət qiymətləndirib: “Vəziyyət o qədər də ağır deyil. Ancaq məsələyə ciddi yanaşmaq, sərt karantin rejimi tətbiq etmək lazımdır. Çin təcrübəsindən gördük ki, ancaq məsuliyyətli və qətiyyətli olmaqla koronavirusla mübarizə mümkündür. Azərbaycan ekstremal hadisəyə hazır olmalıdır. Düşünürəm ki, təlim- treninqlərin təşkil edilməsi müsbət təşəbbüsdür. Çətinlik may ayına kimidir. Sonradan təhlükə nisbətən sovuşmalıdır”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir