Uzun saç arzulayıb tamam saçsız qalanlar…
Gözəllik və Dəb Redaktorun Seçimi

Uzun saç arzulayıb tamam saçsız qalanlar…

Saç dəbi hər il dəyişilir, lakin uzun saçlar hər zaman dəbdə qalır. Amma heçdə hər bir xanım öz güclü, uzun saçları ilə lovğalana bilmir. Səbəb?… Saçların süni uzadılması heç bir zaman insanın öz saçı kimi gözəl görsənə bilməz. 1Arada.az olaraq sizə bu haqda bəzi tövsiyyələrimiz olacaq!

Son illər xanımlar arasında uzun saça sahib olmaq dəb halını alıb. Hazırda bu arzunu 2-3 saat ərzində, saçların süni şəkildə uzadılması proseduru ilə həyata keçirmək olar.

Bu prosedurun yerinə yetirilməsinə qərar vermədən öncə yaxşı-yaxşı fikirləşmək və mütləq həkimlə də məsləhətləşmək zəruridir. Çünki saçların tökülməsi, baş dərisinin müxtəlif xəstəlikləri və yüksək həssaslığı, bir sıra dərmanların qəbul edilməsi bu prosedurun yerinə yetirilməsinə əks təsir göstərə bilər.

Diqqət!!! Əgər saçlarınız xeyli nazik və zəifdirsə onların uzadılmasından imtina edin. Bu zaman onları daha çox zədələnmə təhlükəsi gözləyir. “Yox, mən nəyin bahasına olursa olsun uzun saçlara sahib olmaq istəyirəm” – deyirsinizsə, mütləq bu sahədə ixtisaslaşmış bərbərin yanına getmək lazımdır.

Uzadılan saçlara diqqətlə və ehtiyatla qulluq etmək lazımdır. Xüsusi şampunlarla səliqə ilə yumaq, daramaq, mütləq şəkildə balzamlardan istifadə etmək, saçların bir-birinə dolaşmasına imkan verməmək gərəklidir. Əks halda, sonradan onları daraya bilməyəcəksiniz və qaynaq bir yana öz təbii saçınızı zədələmək riski var.

Uzadılan saçlarla saunaya, üzgüçülüyə gedərkən və ya dənizdə çimərkən çox ehtiyatlı olmaq lazımdır. Hovuzda və ya dənizdə çimmək onları xeyli dərəcədə korlayır və bir-birinə dolaşdırır.

Süni şəkildə saçların uzanması prosedurlarının növləri isə, günü gündən çoxalır. Onlar arasında saça nisbətən az zərər vuran, başın arxa hissəsinə bərkidilən parçalara bölünən şinyonlardır. Onu istədiyin zaman taxıb çıxartmaq mümkündür.

Bu barədə mütəxəssislər nə deyir? Onlar deyir ki, süni saç aldıqda onun keyfiyyətinə və qablaşdırmasına fikir verin. Süni saç deyib keçməyin, ona vaxtı vaxtında qulluq etməli və xüsusi şampunla təmizləməyiniz mütləqdir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir