Bir çoxlarının sevdiyi günəbaxan halvasının üz üçün effektli maska kimi istifadə edildiyi bəlkə də çox qadını təəccübləndirəcək. Qəribə səslənsə də, bu şərq şirniyyatının tərkibində bol miqdarda bitki yağının, dəri üçün vacib olan qida turşularının, qlükozanın, mineral duzların, vitaminlərin və mikroelementlərin olması ilə əlaqələndirilir.
1 arada.az sizə dadlı olduğu qədər də orqanzim üçün faydalı olan günəbaxan havasından hazırlanan üz maskasının reseptini təqdim edir:
Resept: bir parça halvanı su ilə qarışdıraraq sıyıq halına gətirin. Nazik təbəqə ilə üzünüzə çəkərək 30 dəqiqə saxlayın. Daha sonra otaq temperturunda olan su ilə yuyun.
Qeyd! Yağlı dərisi olan qadınlar bu maskadan ehtiyatla istifadə etməlidirlər.
Effekt: maska dəri hüceyrələrinin regenerasiyasını təmin edir, dəqini cavanlaşdırır, qırışları açır və nəmləndirir.
