ÜST-dən maska ilə bağlı XƏBƏRDARLIQ
Xəstəliklər

ÜST-dən maska ilə bağlı XƏBƏRDARLIQ

ÜST-dən maska xəbərdarlığı: ZƏRƏR verə bilər

“Maskalar ilk növbədə, yalnız yoluxmuş insanlar və ya koronavirus ilə əlaqəli tibbi heyət tərəfindən istifadə olunmalıdır”

1Arada.az xəbər verir ki, bunu brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) icraçı direktoru Maykl Rayan bildirib.

“Maskaların yanlış geyinilməsi hətta insana zərər verə bilər. Əhalinin maskaları kütləvi şəkildə istifadə etməsinin hər hansı bir potensial üstünlüklərinin olduğuna dair konkret sübutlar yoxdur. Əslində, maskanın düzgün istifadə edilməməsi və ya yanlış taxılması zamanı əks-təsir haqqında bəzi sübutlar var” – deyə, Ryan qeyd edib.

ÜST-nin yoluxucu xəstəliklər üzrə epidemioloqu doktor Mariya Van Kerkxov əlavə edib ki, maskalardan ən çox buna ehtiyacı olan insanlar, xüsusilə də tibbi personal istifadə etməlidirlər:

“Biz cəmiyyətə maskalardan istifadə etməyi məsləhət görmürük. Əgər siz özünüz xəstələnməmisinizsə maska taxmağa ehtiyac yoxdur. Tibbi maskalar evdə olan yoluxmuş insanlara, həmçinin, onlara qulluq edən şəxslərə verilməlidir”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir