Uşaqların zorakılığa məruz qaldığını necə anlaya bilərik — Əgər oyuncaqları ilə oynayarkən...
Qadın Uşaq Kişi

Uşaqların zorakılığa məruz qaldığını necə anlaya bilərik? — Əgər oyuncaqları ilə oynayarkən…

1Arada.az bildirir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib.

Müraciətdə valideynlərə övladlarının zorakılığa məruz qalıb-qalmadığını anlamaq üçün uşaqlarda aşağıdakı əlamətlərin olub-olmamasına diqqət yetirmək tapşırılıb:

– Bədəninin hər hansı bir yerində göyərmə, kəsik, sıyrıq, şişlik qırıq, çıxıq və yaxud yara varsa;

– Bu əlamətləri paltarları ilə gizlətməyə çalışırsa;

– Sağalmayan, səbəbi məlum olmayan yaralar;

– Özünə aid əşyaları itirirsə və evə cırıq paltarlarla gəlirsə;

– Həmişəkindən daha çəkingən, içinə qapanıq, və etinasız, süst olursa;

– Sizinlə və ətrafındakılarla ünsiyyətdən qaçırsa;

– Tək qalmağa meyillidirsə;

– Başqalarına inanmırsa;

– Məktəbə getmək istəmirsə, dərsdən qaçırsa;

– Yuxusunda və iştahında dəyişikliklər varsa

– Yatağını islatma, kəkələmə və nitqində ilişmə, gecə kabusları varsa,

– Təhsil naliyyətlərində geriləmə varsa,

– Anormal sakitlik və ya aqressiv davranma, söz dinləməmək, üsyankarlıq varsa;

– Verdiyiniz suallara yalan cavablar verirsə, hekayələr uydurursa;

– Dinlədiyi musiqidə, çəkdiyi şəkillərdə, yazılarında şiddəti göstərən əlamətlər varsa;

– Vücudunun eybəcər olduğunu, cinsi orqanlarında bir problem olduğunu düşünürsə;

– Oyuncaqları ilə və ya başqa uşaqlarla oynayarkən cinsəllik və zorakılıq ehtiva edən hərəkətlərə üstünlük verirsə, onun zorakılığa məruz qaldığını düşünə bilərsiniz.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir