Uşaqların gözü önündə bunları etməkdən çəkinməyin
Hər Şeydən Bir Az Qadın Uşaq Kişi

Uşaqların gözü önündə bunları etməkdən çəkinməyin

“Bunları uşaqların yanında danışmayaq” cümləsini yəqin ki, tez-tez səsləndirirsiniz. Amma elə mövzular və hərəkətlər var ki, məhz uşaqların yanında edlməlidir. Bu həm uşaqların inkişafı üçün həm də gələcəkdə sağlam psixologiyaya malik olması üçün çox vacibdir.

Uşaqlar adətən valideynlərində gördükləri hər şeyi təkrarlayırlar. Əgər yaxşı bir insan yetişdirmək istəyirsinizsə o zaman onun qarşısında aşağıda sadalanan hərəkətləri mütləq edin:

Bir-birinizi qucaqlayın və öpün

Bir-birinizə şəfqət göstərin, qucaqlaşın, mümkün qədər az dalaşın. Dalaşdıqdan sonra mütləq qucaqlaşaraq və öpüşərək barışın. Uşaqların qarşısında bir-birinizə öpücük bəxş etməyin, yəni bədən dili ilə sevginizi göstərməyin heç bir mənfi tərəfi yoxdur. Əksunə bir-birinə sevgi göstərən valideynlər tərəfindən tərbiyə alan uşaqların məktəbdə daha az aqressiv olduğu məlumdur. Uşağın evdə gördüyü valideyn modeli gələcəkdə onu bir ata və ya ana, həmçinin də həyat yoldaşı kimi formalaşdıracaq.

Bir birinizə kömək edin

Uşaqlarınızın kömək anlayışını düzgün qavraması üçün siz öz hərəkətlərinizlə onlara nümunə olmalısınız. Həyat yoldaşı olaraq həmişə bir-birinizə dəstək olun. Valideynlərdən birinin daha çox fədakar , çalışqan olması digərinin isə etinasızlığı gələcəkdə övladınızın da eyni cür münasibət qurmasına səbəb olacaq.

Bir birinizə qarşı mədəni olun

Xoşbəxt cütlüklərin uşaqlarının da xoşbəxt olduqları məlum məsələdir. Buna görə də, uşaqlara xoşbəxt olduğunuz göstərin. Yoldaşınızdan bir şey istədikdə bunu mədəni şəkildə edin. Məsələn ondan zibili atmağını istədikdə bunu ondan xahiş edərək istəyə bilərsiniz.

Təmiz olun

Uşaqlar böyüklərin söylədikləri şeyləri deyil, etdikləri işləri nümunə götürürlər. Əgər siz onlara əllərini yumağı, çarpayısını toplamağı, dişlərini fırçalamağını tapşırır ancaq özünüz bunları etmirsinizsə, o zaman uşaq da etməyəcəkdir. Buna görə də təmizlik qaydalarına ilk əvvəl özünüz riayət etməlisiniz.

Uğurlarınızı bölüşün

Uğurlarınızı ailənizlə bölüşün ki, xoşbəxtliyiniz artsın. Sizin hər hansı bir uğurunuz uşaqlarınızı motivasiyasını artıracaq və onları daha da ruhlandıracaq.   

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir