Yəqin ki, çoxumuz “məni bacım böyüdüb”, “kiçik qardaşımı mən saxlamışam” deyə xatırlayırıq. Bəzən də elə olur ki, uşaq kiçik yaşlarından körpə bacı qardaşının qayğısını çəkməli, onlara nəzarət etməli olur.
Bəs görəsən bu uşaqların psixologiyasına nə cür təsir edir? Uşaqlar neçə yaşından bacı-qardaşlarının qayğısına qala bilərlər?
1Arada.az xəbər verir ki, Amerika Pediatriya Akademiyasının mütəxəssisləri bildiriblər ki, bu məsələdə konkret yaş həddi yoxdur. Bu uşaqlar arasında olan yaş fərqindən və ailədaxili münasibətlərdən asılı olaraq dəyişir. Bundan başqa, böyük uşağın kiçiyə göstərdiyi qayğı da əhəmiyyət daşıyır. Əgər hər hansı bir dəqiq rəqəm söyləmək lazım olsa, yaxşı olardı ki, 12 yaşdan aşağı olan uşaqları bir yerdə 4 saatdan artıq qoymayasınız.
Mütəxəssilərə görə, impulsiv, ünsiyyəti sevməyən və həyəcanlı uşaqları evdə tək qoymaq olmaz. Əgər buna məcbursunuzsa o zaman onları uzun müddət tək qoymağınız məsləhət deyil.
