Son illərdə invaziv kardiologiya geniş inkişaf edir. O cümlədən də, ürək problemləri invaziv üsulla aradan qaldırılır. Ürək damarlarının tıxanması və ya infarkt zamanı yaranan həyatı təhlükələr invaziv yolla ürəyə yerləşdirilən stend vasitəsilə aradan qaldırılır.
Bəs görəsən ürəyə qoyulan və ilkin yardım kimi xəstənin həyatını qurtaran stend ürəyə maksimum halda neçə ədəd yerləşdirilə bilər?
1Arada.az-ın sualını invaziv kardioloq Rasim Məhərrəmov cavablandırıb:
Çoxsaylı stend xəstə üçün arzuolunan hesab edilmir. Stendin sayı nə qədər az olsa bir o qədər yaxşıdır. Stendin uzunluğu nə qədər qısa olsa bir o qədər yaxşıdır. Stend metal implantdır. Orqanizmin bütün yad cisimlərə qarşı bir immun reaksiyası olduğu üçün stendə qarşı da eyni hal yaşanır. Ürəyə yerləşdirilən stendlərin sayı nə qədər çox olarsa, onların təkrar tromboz və damarın təkrar daralma ehtimalı yüksək olacaq. Stend trombozunun ilkin yaranma müddəti stend qoyulduqdan sonra 48 saatdır, sonradan isə 3 aydır. Bu təhlükəni yaşamamaq üçün ürəyə qoyulan stendin sayı nə qədər az olsa bir o qədər yaxşıdır.
İnfarkt keçirən insanlarda artıq tromboz halı yaşandığı və qanda olan fibrin tellərin sayı çox olduğu üçün belə xəstələrə qoyulan stendin sayı mümkün qədər az olmalıdır. Belə halda “qızıl 3 saat” adlandırılan 3 saat ərzində ürəyə stend qoyulmalıdır. Əgər 2-ci və 3-cü stendə ehtiyac varsa bu planlı şəkildə həyata keçirilir.
Pasiyentlər bilməlidirlər ki, ürəyə bir neçə ədəd stend qoyulması heç də arzuolunan hal deyil. Bu qərar tibbi protokola əsasən verilməlidir. Ümumdünya Səhiyyə Təşkilatının hər bir xəstəlik haqda tövsiyələri olur. Onlara riayət etmək lazımdır. Burda bir insana çox stend implantasiya edilməsi fikri yalnışdır.
Bir xəstəyə 8 stend qoyan həmkarımız belə var.