Unsuz və şəkərsiz hazırlanan Almalı piroq resepti - Hər gün yeyə bilərsiz
Yemək Reseptləri

Unsuz və şəkərsiz hazırlanan Almalı piroq resepti – Hər gün yeyə bilərsiz

1Arada.az bildirir ki, şəkərsiz və unsuz hazırlanan bu zərif və sağlam bişintini süfrələrinizin bəzəyi olacaq. Onu hər gün istifadə hazırlayıb yaxınlarınızı qonaq edə bilrsinz.  

Tələb olunan ərzaqlar:

150 qr yulaf lopası, 40 qr bal, 100 qr kəsmik, 3 yumurta, 1 ç/q qabartma tozu, 50 ml kefir, yarım ç/q darçın, 2 ədəd alma və bitki yağı

Hazırlanması:

  1. Yulaf lopasını qəhvəüyüdəndə un haılna salın. Üzərinə qabartma tozu əlavə edib qarışdırın.
  2. Bir qaba kəsmiyi tökün, balı və kefiri əlavə edərək çəngəllə əzin. Daha sonra blenderlə bircinsli kütlə halına salın. Alınan kütləyə yumurta daha sonra isə yulaf ununu əlavə edib qarışdırın.
  3. Almaları təmizləyin, kiçik dilimlərə doğrayın.
  4. Formanı bitki yağı ilə yağlayın, dibinə yağlı kağız sətin.
  5. Qabın dibinə alma dilimlərini düzün üstdən isə kütləni əlavə edin.
  6. 180 dərəcədə 30-35  dəqiqə boyunca sobada bişirin.
1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir