Ukraynalılar “dünyanın ən seksual milləti” online sorğusunda ilk yeri qazanıblar.
1Arada.az bildirir ki, sorğuda iştirak edən 8 mindən çox insan ukraynalıları planetin ən seksual milləti olduğunu bildirib. Nümunə kimi isə əslən Ukraynalı olan aktrisa Mila Kunisin adı çəkilib.
İştirakçılara “seksual” sözünün hansı mənada işləndiyini izah edilmədiyi üçün onlar bu sözü birbaşa mənada anlayıb və qiymətləndirməni də həmin kriterilərə əsasən aparıblar.
Sorğunun nəticələrinə görə, ikinci yeri danimarkalılar, üçüncü yeri isə filippinlilər tutublar. 4-cü yerdə braziliyalılar, 5-ci yerdə isə avstraliyalılar qərarlaşıblar.




