Türkiyədən böyük risk - Azərbaycanlılar xüsusi əməliyyatla ölüm ocağı-ndan çıxarılır - FOTO
Hər Şeydən Bir Az Tibbi Xəbərlər

Türkiyədən böyük risk – Azərbaycanlılar xüsusi əməliyyatla “ölüm ocağı”ndan çıxarılır – FOTO

Dünyanı vahiməyə salan koronavirus epidemiyası ilə bağlı bütün ölkələr hərəkətə keçib.

1Arada.az BAKU.WS-ə istinadən xəbər verir ki, koronavirus epidemiyasının mərkəzi olan Uhan şəhərində yaşayan 35 Türkiyə və 10 Azərbaycan vətəndaşı xüsusi bir əməliyyatla təxliyyə ediləcək.

Sərnişinlər ambulans təyyarəyə çevrilən “Koca Yusuf” adlı hərbi yük təyyarəsi vasitəsi ilə Türkiyəyə gələcəklər. Ekipaj və sərnişinlər xüsusi paltarlar geyəcəklər.

Bu insanlar təyyarədən enəndən sonra 14 gün karantində qalacaqlar. Onlar digər xəstələrlə təması olmayan, qapısı şifrəli olan otaqlara yerləşdiriləcəklər. Otaqların qapı və pəncərələri daim bağlı qalacaq.

Vətəndaşların Uhandan çıxarıla bilməsi üçün Çin hökumətindən lazımi icazələr alınıb. 

Qeyd edək ki, alimlər koronavirus “nCoV”-la 2019-cu ilin sonunda tanış olublar. Dünya Səhiyyə Təşkilatı da “nCoV”-la bağlı həyəcan təbili çalıb.

Bildirilir ki, koronavirusların 37-dən artıq növü var. Lakin yayılan “nCoV” həkimlərin ən çox qorxduğu virus ailəsindəndir.

“nCoV”-dan da yeni MERS və SARS qorxunc virusları törəyir. Elm adamları bildirirlər ki, bu viruslara yoluxma insanlarda 90 faiz ehtimalla ölümlə nəticələnə bilər.

İndiyə qədər bu viruslara yoluxanların 35 faizi ölüb.

Amerikalı alimlər isə Çində yaranan təhlükəli virusun məhv edilməsi üçün yeni vaksinlərin yaradılması istiqamətində çalışırlar.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir