Miniatür Toyota Ultra-compact BEV sadə, elektrik və bu səbəbdən də qiymət baxımından ən münasibi olacaq. Toyota bu avtomobilini Yaponiyanın qocalan vətəndaşlarının mobilliyini artırmaq üçün nəzərdə tutulan model kimi təqdim edir.
1arada.az xəbər verir ki, Toyota Ultra-compact BEV heç yana tələsməyən və ətraf mühitin qeydinə qalan insanlar üçündür. Şəhər daxili qısa səyahətlər üçün nəzərdə tutulan iki yerli mikrokar artıq istehsala hazırdır və Tokiyo avtosalonunda nümayiş olunacaq.
Ultrayığcam BEV modelinin uzunluğu cəmi 2490 mm, eni 1290 mm, hündürlüyü isə 1550 mm olacaq.
Toyota bu avtomobil haqda hələ ki, çox az informasiya verir. Yalnız o məlumdur ki, BEV bir dəfəyə 100 km məsafə qət edə biləcək, maksimal sürəti isə saatda 60 km olacaq. Yaponiyada bu avtomobil gələn ilin sonlarında satışa çıxacaq.