“Şadlıq evləri hələlik açıq deyil. Yaxın müddət üçün bu obyektlərin açılacağı gözlənilmir”.
1Arada.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, iyun-iyul aylarında toyların keçiriləcəyi ilə bağlı indidən söz demək çətindir:
“Bugünkü statistikaya əsasən, şadlıq evlərinin açılması gündəmdə deyil.
Amma vəziyyətin dəyişməsindən asılı olaraq, mütəxəssislərlə birgə bu barədə qərar veriləcək”.