1Arada.az sizə ton balığı ilə tez hazırlanan və çox dadlı salat reseptini təqdim edir.
Tələb olunan ərzaqlar:
150 qr qaynadılmış düyü
150 qr bərk pendir
2 qab konservləşdirilmiş ton balığı
50 qr yaşıl soğan
2 ədəd qaynanmış yumurta
duz, mayonez, qara istiot zövqə görə
Hazırlanması:
- Soğanı doğrayın, yumurta və pendiri sürtgəcdən keçirin.
- Qaba ərzaları qat-qat düzün: bişmiş düyü, mayonez, duz, istiot, ton balığı, mayonez, duz, istiot, doğranmış soğan, matonez, düz, istiot, pendir, mayonez, düz, istiot, xırdalanmış yumurta.
- Salatın üzərini yaşıl soğan ilə bəzəyin
- Hazır olduqdan sonra 30 dəqiqə müddətinə siyuducuya qoyun.
Nuş olsun!