Bu günlərdə ABŞ-da açdığı fast food restoranının açılış gününə dəvət etdiyi dünyaca məşhur Castin Biberin gəlişinə bir milyon dollar pul xərcləyən rus reper Timatinin keçmiş və indiki sevgililəri bir araya gəliblər.
1Arada.az bildirir ki, Timatinin qızının anasını Alyona Şışkova və indiki sevgilisi, eyni zamanda yeni doğulan oğlunun anası Anastasiya Reşetova bir brend məhsulun reklam kompaniyasının siması olublar. Lüks kosmetik vasitənin məhsulları üçün çəkilişə razılıq verən modellər məhsulun keyfiyyətini bəyəndikləri üçün kamera önünə keçdiklərini vurğulayıblar.
23 yaşlı Anastasiya və 27 yaşlı Alyona çəkilişlər zamanı ağ və qara geyimlərdə olublar. Gözdən qaçmayan bir məqam da xanımların boğazlarından sallanan ağ və qara rəngli canlı ilanlar olub.
