Temperatur aşağı düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Hər Şeydən Bir Az

Temperatur aşağı düşəcək, güclü külək əsəcək – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən verilən məlumata görə, aprelin 6-sı səhərdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi, 6-sı səhərdən 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi, aprelin 7 və 8-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 6-sı səhərdən 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Aprelin 6-sı səhərdən 7-si səhərədək qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir