Dərslər yenə təxirə salınacaq?-Nazir valideynlərə müraciət etdi
Redaktorun Seçimi Təhsil

Dərslər yenə təxirə salınacaq?-Nazir valideynlərə müraciət etdi

Türkiyədə koronavirus pandemiyası ilə əlaqədar orta və ali məktəblərdə dərslər dayandırılıb. Məktəblərin sentyabrda da açılmayacağı deyilir. Ölkənin təhsil naziri Ziya Səlcuq məsələyə münasibət bildirib. Qeyd edək ki, Türkiyədə dərslərin 31 avqustda başlanacağı deyilirdi. Lakin sonra məktəblərin açılması sentyabrın 21-ə salındı. Nazir dərslərin başlana biləcəyini bildirib. “Məktəblərin açılması yenidən təxirə salına bilərmi” sualına belə cavab verib: […]

Qadağadan sonra toylar belə keçiriləcək - FOTO
Hər Şeydən Bir Az

Qadağadan sonra toylar belə keçiriləcək – FOTO

Türkiyədə koronavirusa qarşı mübarizə tədbirlərinin bir hissəsi olaraq, toylarda iştirakla bağlı yeni qaydalar tətbiq olunub. 1Arada.az-ın xəbərinə görə, artıq bu barədə təlimatlar bütün şadlıq evlərinə göndərilib. Yeni qaydalara əsasən, toylarda 1,5 metr uzunluğu olan çubuqlardan tutmaqla yallı gediləcək. Toylarda 8 və ya 10 nəfərlik masaların arxasında yalnız dörd nəfər otura biləcək. 600 nəfərlik salonda 200-250 […]

Dizelin qiyməti ucuzlaşır - BU AXŞAMDAN
Hər Şeydən Bir Az

Dizelin qiyməti ucuzlaşır – BU AXŞAMDAN

Türkiyədə dizelin qiymətində bu axşam yenidən endirim olacaq.\ 1Arada.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qardaş ölkədə dizelin qiymətinə 1 litr üçün 7 qəpik endirim tətbiq ediləcək.Endirimdən sonra dizelin litri İstanbulda orta hesabla 5.15 lirəyə, Ankarada 5.23 lirəyə və İzmirdə 5.25 lirəyə enəcək.Xatırladaq ki, 5 maydan dizelin qiymətində 16 qəpik artım olmuşdu.

Azərbaycanda koronavirusun yox olacağı tarix açıqlandı
Hər Şeydən Bir Az Xəstəliklər

Azərbaycanda koronavirusun yox olacağı tarix açıqlandı

Sinqapur Texnologiya və Dizayn Universitetinin (SUTD) alimləri süni intellektə əsaslanaraq dünyada və ayrı-ayrı ölkələrdə koronavirusun yox olacağı tarixi açıqlayıblar. 1Arada.az “qafqazinfo”ya istinadən xəbər verir ki, məlumata görə, koronavirus dünyada mayın 30-da 97%, iyunun 17-də 99%, dekabrın 8-də isə 100% yox olacaq. Azərbaycana gəlincə, alimlərin fikrincə koronavirus mayın 6-dək 97 faiz, mayın 17-si 99 faiz, iyun ayının […]

Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandı
Hər Şeydən Bir Az Xəstəliklər

Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandı

“Bizdə olan rəsmi məlumatlara görə, indiyədək Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub”. 1Arada.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ARB24 telekanalına açıqlamasında deyib. Onun sözlərinə görə, həmin şəxslərdən ikisi artıq evə buraxılıb: “Çünki onların vəziyyətləri tam qənaətbəxşdir. Bir nəfər isə hələ ki xəstəxanadadır. Amma onun da vəziyyəti normaldır”.

Türkiyədə yaşı 65-dən yuxarı olan vətəndaşların evdən çıxması qadağan edildi
Hər Şeydən Bir Az

Türkiyədə yaşı 65-dən yuxarı olan vətəndaşların evdən çıxması qadağan edildi

Türkiyədə koronavirus pandemiyası əleyhinə görülən tədbirlərə daha biri əlavə edilib. 1Arada.az xəbər verir ki, “Haber Global”ın məlumatına görə, Türkiyənin Daxili İşlər Nazirliyi bu barədə yeni qərar qəbul edib.  Qərara əsasən, sabahdan yaşı 65-dən yuxarı olan vətəndaşların və xroniki xəstəliyi olan şəxslərin evdən çölə çıxmalarına, park və bağça kimi açıq yerlərdə gəzmələrinə məhdudiyyət qoyulur.