Sərt karantindən öncə rayona getmək istəyənlərin nəzərinə - XƏBƏRDARLIQ OLUNDU
Hər Şeydən Bir Az

Sərt karantindən öncə rayona getmək istəyənlərin nəzərinə – XƏBƏRDARLIQ OLUNDU

“Bakı, Sumqayıt və Abşeron rayonlarının sakinləri sərtləşdirilmiş karantin rejimi tətbiq olunmazdan əvvəl digər rayonlara getməyə cəhd göstərirlər”. 1Arada.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. “Adıçəkilən yerlərin sakinləri bunu nəzərə alsınlar ki, başqa yerə gedə bilməzlər. Onlar postlardan geri qaytarılacaq”.

Avropa ölkəsində karantin rejimi ləğv edildi
Hər Şeydən Bir Az Tibbi Xəbərlər

Avropa ölkəsində karantin rejimi ləğv edildi

Avropa pilləli şəkildə karantinlə vidalaşır. Sabahdan Fransada insanlar məhdudiyyət olmadan küçələrə çıxa biləcək. 1Arada.az xəbər verir ki, Avropa ölkəsində karantin rejimi ləğv edilib. Fransızlara azadlıq verilib. Amma bir şərtlə ki, hər kəs maskadan istifadə edəcək. Əlbəttə, insanların küçəyə çıxmasına məhdudiyyət qoyulmur. Amma fransızlar yaşadığı bölgəni tərk etməməlidir. Qaydalarda hər bir şəxsin evindən 100 kilometrdən çox uzaqlaşmaması […]

Bakıda canavar 54 yaşlı kişiyə hücum etdi
Hər Şeydən Bir Az

Bakıda canavar 54 yaşlı kişiyə hücum etdi

Bakının Sabunçu rayonunda canavar yerli sakini dişləyib. 1Arada.az oxu.az-a istinadən xəbər verir ki, canavarın hücumuna Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivinin sakini 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu məruz qalıb. Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib. C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Ağdaşda xaş yeyən 19 yaşlı gəlin zəhərləndi
Hər Şeydən Bir Az

Ağdaşda xaş yeyən 19 yaşlı gəlin zəhərləndi

Ağdaşda qadın xaş yeməyindən zəhərlənib. 1Arada.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Ləki kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü, ailəli Səmədova Aygün Mehman qızı gecə saat 23 radələrində evlərində xaş yeməyi yeyib. Yeməkdən dərhal sonra A. Səmədovanın halı pisləşib və o Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada qadına zəhərlənmə diaqnozu qoyulub […]