Naxçıvanda Yeni Avtomobillər Istehsal Ediləcək
Avtomobil Dünyası

Naxçıvanda yeni avtomobillər istehsal ediləcək

“FAW” markalı yeni avtomobillər Naxçıvanda istehsal olunacaq. 1Arada.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının 25 illiyi və “Naxçıvan Avtomobil Zavodu” MMC-nin yaranmasının 10 illiyi münasibətilə təşkil olunan tədbirdə bildirilib. Tədbir çərçivəsində zavodun yeni istehsalı olan LİFAN X70 modelinin təqdimatı olub.