Bakıda canavar 54 yaşlı kişiyə hücum etdi
Hər Şeydən Bir Az

Bakıda canavar 54 yaşlı kişiyə hücum etdi

Bakının Sabunçu rayonunda canavar yerli sakini dişləyib. 1Arada.az oxu.az-a istinadən xəbər verir ki, canavarın hücumuna Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivinin sakini 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu məruz qalıb. Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib. C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.