Bəşər övladı özünü dərk edən gündən uçmaq xəyalı ilə yaşayıb. Səmaya qalxıb onun sirlərini öyrənmək əcdadlarımızın əbədi arzusu olub. Onlar quş kimi qanad çalıb, səmanın dərinliklərinə baş vurmaq istəyirdilər. İllər keçdikcə bu arzunun reallaşması nəhayət ki mümkün oldu.
Təyyarəni müasir dövrün, mühəndis fikrinin, şah əsəri adlandırmaq olar. Çox sürətli və minlərlə kilometr yüksəklidə hərəkət edə bilən təyyarəilə hər il milyardlarla insan səyahətə çıxsada bu qurğunun necə yarandığını və necə çalışdığını bilmir. Təəsüflənməyə dəyməz MAGlar, çünki indi ekrana təyyarələr və pilotlar haqda görüb eşidəcəyiniz ən maraqlı məlumatlar gələcək.
Gəlin əvvəlcə təyyarənin quruluşu ilə tanış olaq. Təyyarə, atmosferdə, mühərriklərin və tərpənməz qanadların yardımıyla uçan apparatdır. Onun əsas hissəsi füzelyaj adlanan korpusdan ibarətdir. Korpusun hər iki tərəfində qanadlar yerləşir. Təyyarənin təkərlərisə şassi adlanır.
Bəs təyyarəni kim ixtira edib ?
1894-cü ildə Maksim adlı rus ixtiraçısı qanadlarının uzunluğu 32 metr və çəkisi 3,5 ton ilk təyyarə hesab edilə biləcək nəhəng qurğunu düzəltdi. Bu maşın elə ilk sınaq zamanı sınıdı. Bu qədər əziyyəti bir anda puç edən səbəb isə çox sadə idi tarazlığın pozulması.
Bu hadisəsən 9 il sonra 1903-cü il martın 14-də Uilbur Rayt ilk motorlu aparatla uçuş həyata keçirərək, 32 metr məsafə qət edə bildi. Bu, dünyada ilk təyyarə uçuşunun sınağı kimi tarixə düşdü. Tədricən mühərriklərin gücünü artıraraq Rayt qardaşları təyyarələrini təkmilləşdirirlər. 1905-ci ildə onlar havada 38 dəqiqə qalaraq 39 km uça bildilər.
1908-ci ildə fransız mühəndisi Lui Blerua uzun sürən tədqiqatlardan sonra praktikada tətbiq oluna biləcək təyyarəni “Bleroit 11”-i düzəltdi. Və bir il sonra La–Manş boğazı üzərindən uğurlu uçuş etdi.
Bu təyyarələrin hamısını birləşdirən ortaq cəhət isə qeyri metaldan hazırlanmaları idi.
Yalnız alman mühəndisi Huqo Yunkersin səyləri nəticəsində 1915-ci ildə ilk tam metaldan hazırlanan təyyarəni “Junker J1-i” düzəltmək mümkün oldu. Havada sərnişin daşıma isə ilk dəfə 1919-ci ildə DELAG adlı Zeplin təyyarəsi ilə həyata keçirildi. O, insanlara yalnız 17 il xidmət edə bildi.
Gəlib atdıq hava gəmisini idarə edən şəxslərə – yəni pilotlara. Bəs Milli aviasiyamızın ilk “göyərçinləri” kimlərdir? Aviasiya tarixinə düşən ilk azərbaycanlı aviatorlar : Əli bəy Verdiyev və Fərrux ağa Qayıbovdur. Şərqin ilk təyyarəçi qadınları da həmyerlilərimizdir. Leyla Məmmədbəyova, Sona Nuriyeva və Züleyxa Seyidməmmədova. Cəsur qadın təyyarəçilərimiz haqqında danışarkən Ziba Dadaşovanın və Zərifə Qasımovanın adlarını da mütləq çəkməliyik. Böyük Vətən Müharibəsi illərində Bakını mühafizə edən xüsusi aviadəstənin tərkibində bu xanımlar da böyük şücaət göstəriblər.
Rəşad Əliyev