Təhsil Nazirliyindən dərslərlə bağlı VACİB XƏBƏR
Təhsil

Təhsil Nazirliyindən dərslərlə bağlı VACİB XƏBƏR

“Virtual məktəb” layihəsində iştirak etməmək dərs proqramından geri qalmaq anlamına gəlməməlidir.

1Arada.az trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.

Onun sözlərinə görə, bəzən valideynlər hansısa səbəblər üzündən övladlarının “virtual məktəb” layihəsində iştirak edə bilmədiklərini deyirlər:

“Mən müəllimlərə, şagirdlərə və valideynlərə müraciət edərək bildirmək istəyirəm ki, “Virtual məktəb” portalı teledərslərə yardımçı vasitədir. Bu gün şagirdlərin proqramdan geri qalmaması üçün onların tədris proqramına müvafiq olaraq “Dərs vaxtı” proqramı çərçivəsində teledərslər keçirilir. Bu teledərslər şagirdlər üçün yetərlidir. Düzdür, “Virtual məktəb” layihəsində iştirak etmək şagirdlər üçün müsbət haldır. Amma orada iştirak edə bilməmək də dərs proqramından geri qalmaq mənasına gəlmir”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir