TƏBİB məlumat yaydı - SON DƏQİQƏ
Redaktorun Seçimi Xəstəliklər

TƏBİB məlumat yaydı – SON DƏQİQƏ!

1Arada.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Azərbaycanda bu gün koronavirusla bağlı aparılan test sayını açıqlayıb.
Bu gün 7 047 test aparıldığı bildirilir. Ölkədə indiyədək 322 574 test aparılıb. 
Qeyd edək ki, Azərbaycanda 262 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1960 və 1963-cü il təvəllüdlü iki nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 6 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib, 2 707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabittir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir