Bu gün səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib
Hər Şeydən Bir Az

Sürüşmə sahəsində yenidən aktivləşmə baş verib, yol bağlanıb – Foto

Bu gün səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib.

Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.

1Arada.az xəbər verir ki, Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur. Tərəfimizdən ərazidə monitorinqlər aparılır.

Badamdar - Torpaq sürüşməsi

Sürüşmə nəticəsində Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində yol bağlanıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir