Rusiya mağazalarının piştaxtalarında artıq süni ət peyda olub. Hələ ki, məhsulun paytaxtda yerləşən 29 məntəqədə satışı planlaşdırırlır.
1Arada.az bildirir ki, süni ətin tərkibi noxud zülalı, su və raps bitkisinin yağından ibarətdir. İstehsalçıların fikrincə süni ətin görünüşü və dadı təbiidən heç də geri qalmır.
Süni ətdən hazırlanan ümumi kütləsi 227 qr-dan ibarət olan 2 ədəd kotletin qiymətinin bizim pulla 20 manat olması nəzərdə tutulub. Sərbəst ekspertlərin fikrincə bu qiymət çox bahadır. Belə ki, mərmər mal ətindən olan kotletlərin qiyməti bundan dəfələrlə ucuzdur.
Həm də süni ətin əsas tərkib hissəsi olan noxudun da kiloqramın qiyməti hazır məhsuldan 10 dəfələrlə aşağıdır.