Sumqayıtda kütləvi zəhərlənmə xəsarət alanların vəziyyəti ağırdır - RƏSMİ AÇIQLAMA
Hər Şeydən Bir Az

Sumqayıtda kütləvi zəhərlənmə: xəsarət alanların vəziyyəti ağırdır – RƏSMİ AÇIQLAMA

Sumqayıt şəhərində qazdan zəhərlənmə olub.

1Arada.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin sənaye zonasında yerləşən “SOCAR Polimer” zavodunda qeydə alınıb.

Belə ki, orada çalışan işçilərdən 12 nəfər istehsalat prosesində hidrogen tərkibli qazdan zəhərlənib.

Zəhərlənənlər təcili tibbi yardım briqadasının köməkliyi ilə Sumqayıtda yerləşən özəl klinikalardan birinə yerləşdiriliblər. Onlardan 4 nəfərinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Faktla bağlı araşdırma aparılır.

Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, Sumqayıt şəhərində yerləşən zavodda baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib. Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Günün sonlarına doğru evə buraxılacaqları ehtimal edilir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir