Süd verən analara koronavirusla bağlı müraciət
Qadın Uşaq Kişi

Süd verən analara koronavirusla bağlı müraciət

Koronavirusa yoluxan ana uşağını öz südü ilə bəsləməyə qərar verərsə, əl gigiyenasından sonra N95 markalı maskanı taxaraq, bunu həyata keçirə bilər.

1Arada.az oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyədə Koronavirusla bağlı Elmi Şura COVID-19-a yoluxma diaqnozu qoyulan və yeni doğuş həyata keçirən analara müraciətində bildirib.

“Əgər ana südünü sağaraq vermək istəyərsə, əl gigiyenasından sonra sinəsini təmizləməlidir. Bundan sonra cərrahi maska taxaraq, pompadan istifadə edə bilər”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl verilən məlumatlarda virusun əmizdirmə yolu ilə uşaqlara keçmədiyi bildirilmişdi. Ancaq əmizdirmə vaxtı diqqətli olmaq lazımdır. Virus damcı və təmas yolu ilə yoluxa bilər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir