Soyuqlamışdım, adi qızdırma idi- ATV-nin koronavirusa yoluxan əməkdaşı danışdı
Xəstəliklər

“Soyuqlamışdım, adi qızdırma idi”- ATV-nin koronavirusa yoluxan əməkdaşı danışdı

Xəbər verdiyimiz kimi, “Azad Azərbaycan” kanalının müxbiri Mahmud Rövşənoğlunun koronavirusla bağlı verdiyi ilkin testin nəticəsi müsbət çıxıb.

1Arada.az “Qafqazinfo”ya istinadən bildirir ki, virusa yoluxmuş jurnalist hazırda qaldığı karantin xəstəxanasından kanalın canlı efirinə bağlanaraq səhhəti haqda məlumat verib.

“Soyuqlamışdım, adi qızdırma idi. Həkimə müraciət etdikdən sonra test götürdülər və ilkin olaraq nəticəsi müsbət oldu. Hazırda karantinə alınmışam. Özümü yaxşı hiss edirəm. Burada davamlı olaraq istiliyimiz ölçülür. Müəyyən vasitələrdən istifadə etdim və qızdırmam da düşdü. Özümdə ağırlaşma və ya başqa simptomlar hiss etmirəm”.

Qeyd edək ki, kanalın İcraçı direktoru İsmayıl Həsənov əməkdaşlarından yalnız bir nəfərin karantinə alındığını və hazırda ikinci testin nəticəsini gözlədiklərini bildirib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir