Sosial şəbəkələrdən gələn real təhlükə - Ehtiyatlı olun
Maraqlı Məlumatlar

Sosial şəbəkələrdən gələn real təhlükə – Ehtiyatlı olun

Sutka ərzində 2 saat  15 dəqiqə. Bu analitik agentliklərin il üzrə bir şəxsin sosial şəbəkədə keçirdiyi orta statisktik müddət göstəricisidir. İnsan sosial şəbəkədə nə qədər çox vaxt keçirərsə, bir o qədər çox təhlükə ilə üzləşməsi mümkündür.

1Aqrada.az sizi sosial şəbəkələrin yaratdığı təhlükərlədən xəbərdar edir:

1) Şəxsi məlumatların oğurlanması: Burda söhbət yalnız akkauntun parolunun  oğurlanmasından deyil, həm də elektron poçt, pasport və bank kartları haqda məlumatlardan da gedir. Siz sosial şəbəkəyə daxil olmaq üçün nə qədər çox qadjetdən istifadə edərsinizsə, o zaman profilin parolunun sındırılması da asan olur. Nəzərə alın ki, sizin şəxsi məlumatlarınızı əldə etmək bu zaman heç də çətin olmur.

2) Virus olan avtomatik paylaşımların alınması: Onları açaraq siz şəxsi məlumatlarınızı oğurlada bilərsiniz.  Buna görə də yaxşı olar ki, akkauntun parolunu mütəmadi olaraq dəyişin və tanımadığınız profillərdən gələn məlumatları açmayın.

3) Maliyyə fırıldağı:  Sosial şəbəkələrədən milyonlarla insan istifadə edir. Əgər onlardan hər biri xəstə uşağa yardım haqda edilən paylaşıma müəyyən məbləğ pul versələr bu kifayət qədər maliyyə vəsaiti edəcək. Amma, bu cür paylaşımların arxasında təəssüflər olsun ki, heç də həmişə xəstə uşağa yardım məqsədi dayanmır. Əgər həqiqətən də kiməsə yardım etmək istəyirsinizsə, o zaman real fondlara müraciət edin. Bu zaman sizin pulunuz da həqiqətən də köməyə ehtiyacı olan insanlara yönəldiləcək.  

4) Asıllıq: Sosial şəbəkələr sözün həqiqi mənasında vaxtımızı əlimizdən alır. Bir çoxları sadəcə sosial şəbəkədə gəzişib və ya onlayn şəkildə kimləsə ünsiyyətdə olub vaxt öldürür. Bir müddətdən sonra isə artıq bu asılıq halını alır. İşlərimizin çoxluğuna baxmayaraq onları bir kənara qoyaraq ehtiyac oldu olmadı sosial şəbəkədə oluruq. Buna görə də, özünüzə sosial şəbəkədə keçirmək üçün limit qoyun. Bu zaman başqa işləriniz üçün də vaxt qalacaq və sosial şəbəkə asılılığından yaxa qurtaracaqsınız.

5) Şəxsi münasibətlərin pozulması: Sosial şəbəkə vasitəsilə ünsiyyətdə olmaq canlı ünsiyyətdən daha rahatdır. Amma yaxın insanla ünsiyyət zamanı daha çox emosiyalara və istiliyə ehtiyac duyulur. Sosial şəbəkədə ünsiyyət isə əksinə olaraq münasibətlərin soyumasına və düzgün anlaşılmamağa gətirib çıxara bilər. Buna görə də bacardığınız qədər real həyatda ünsiyyətə üstünlük verin.  

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir