SON DƏQİQƏ Ölümcül virus Azərbaycana doğru yaxınlaşır - Avropaya çatdı...
Tibbi Xəbərlər

SON DƏQİQƏ: Ölümcül virus Azərbaycana doğru yaxınlaşır – Avropaya çatdı…

Çinin Vuhan şəhərində ortaya çıxan “Korona” virusu dünyada narahatlıq yaradıb. 

1Arada.az xəbər verir ki, 17 nəfərin ölümünə səbəb olan virusa Səudiyyə Ərəbistanı, Vyetnam və İngiltərədə də yoluxanlar var. 

Ölümcül virusa bundan əvvəllər Honq-Konq, Makao, ABŞ, Yaponiya, Cənubi Koreya, Tayland və Sinqapurda rast gəlinib. 

Ümumdünya Səhiyyə Təşkilatı virusun digər ölkələrdə də yayıla biləcəyini açıqlayıb. 

“Korona” virusunun əlamətləri

“2019-nCoV” olaraq adlandırılan virusun insandan insana keçdiyi bildirilir. 

“Korona” virusunun simptomları bunlardır: burun axması, öskürək, boğaz və baş ağrısı, yüksək hərarət, immunitet sisteminin zəifləməsi. 

Yaşlı və çox gənc insanlar üçün virusun pnevmoniya və bronxit kimi ciddi tənəffüs xəstəliklərinə səbəb olma ehtimalı var.

“Korona” virusunun müalicəsi

“Korona” virusu üçün xüsusi bir müalicə yoxdur. Çox vaxt simptomlar öz-özünə keçir. Həkimlər ağrıkəsici dərmanlar və antipiretik maddələr təyin edir, simptomları aradan qaldırmaq üçün simptomatik müalicə təyin edirlər.

Həkimlər otaq nəmləndiricisi və isti duşun boğaz ağrısı və öskürək üçün yaxşı olacağını söyləyirlər. Xəstələnən insanlara çoxlu maye içmək, istirahət etmək və mümkün qədər yatmaq lazımdır. (Redaktor.az)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir