SON DƏQİQƏ! İrandan Azərbaycana gələn iki nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirildi
Hər Şeydən Bir Az

SON DƏQİQƏ! İrandan Azərbaycana gələn iki nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirildi

Koronavirus şübhəsi ilə 1 saylı Kliniki Mərkəzə daha iki nəfər gətirilib.

1Arada.az Trend-ə istinadən xəbər verir ki, həmin şəxslər bu gün səhər saatlarında Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Həmin şəxslərdən biri İranın Astara rayonunda işləyən Azərbaycan vətəndaşı, digəri isə Azərbaycana səfər edən İran vətəndaşıdır: “Hər iki şəxs mərkəzə qəbul olunaraq müayinə edilib, koronavirus əlamətləri aşkar edilməyib. Gətirilən şəxslərdən birinin hərarəti 37,1 , digərində isə 37,3 dərəcə olub. Hər iki şəxs karantin nəzarətinə götürülüb”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir