SON DƏQİQƏ - Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı artdı - RƏSMİ
Hər Şeydən Bir Az Xəstəliklər

SON DƏQİQƏ: Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı artdı – RƏSMİ

Azərbaycan Respublikasında 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 59 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

1Arada.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1221 nəfər müalicə olunaraq sağalmış, 22 nəfər vəfat etmiş, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132.640 test aparılmışdır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir