SON DƏQİQƏ! Azərbaycanda daha 3 nəfərdə koronavirus tapıldı
Hər Şeydən Bir Az

SON DƏQİQƏ! Azərbaycanda daha 3 nəfərdə koronavirus tapıldı

İrandan Azərbaycana gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan 1Arada.az-a daxil olan məlumata görə, həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü  Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdirilib. 

Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur.  Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. 

İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxalırin vəziyyəti sabitdir, səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir