Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
1Arada.az Yenicag.az-a istinadən xəbər verir ki, telefon söhbəti zamanı iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlər, regional məsələlər müzakirə olunub.
Bundan əlavə, koronavirus pandemiyasına qarşı alınan tədbirlərlə əlaqədar olaraq, iki ölkə arasında karqo daşımaları istisna olmaqla, hava və quru sərhədlərinin müvəqqəti bağlanılmasına qərar verilib.