SON DƏQİQƏ - Əhaliyə işıqla bağlı MÜRACİƏT
Hər Şeydən Bir Az

SON DƏQİQƏ – Əhaliyə işıqla bağlı MÜRACİƏT

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

1Arada.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu BAKU.WS-ə bildirib.

V.Aydınoğlunun sözlərinə görə, mövcud hava durumu ilə əlaqədar əlavə mal-material və texnika ayrılıb:

“Ötən gecədən başlayaraq güclü küləklə müşaiyət olunan yağışlı hava “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisində olan Göyçay, Ağsu,”Bakı” RETSİ-nin ərazisində olan Abşeron rayonu ərazisində elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaradıb.

Əməkdaşlarımızın operativliyi nəticəsində fasilələr qısa müddətdə aradan qaldırılıb.

İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı kəsinti ilə əlaqədar 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir