SMS icazə sistemi bərpa edilir - YENİDƏN SƏRT KARANTİN...
Xəstəliklər

SMS icazə sistemi bərpa edilir? – YENİDƏN SƏRT KARANTİN…

Azərbaycanda koronavirusa yoluxanların sayında yenidən artım müşahidə olunur. Belə ki, fevralın 23-də COVID-19 infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Yoluxanların sayında artım davam edərsə yenidən SMS icazə sistemi tətbiq edilə bilərmi?

1Arada.az  xəbər verir ki, millət vəkili İqbal Məmmədov yoluxnaların sayında artım olmasının narahatedici olduğunu deyib:

Bu baxımdan biz yumşalmalardan arxain olmamalıyıq. Qaldı ki, SMS icazə sisteminin yenidən bərpa edilib-edilməməsinə, bu barədə qərar vermək Operativ Qərargahın səlahiyyətindədir. SMS icazə sisteminin yenidən bərpasını və karantin rejimin sərtləşməsini istəmiriksə qoyulan qaydalara əvvəlkindən də daha məsuliyyətli yanaşmalıyıq.

Çünki yoluxanların sayının artması yenidən karantin rejimində sərtləşmələrə gətirib çıxara bilər. Bunu da heç birimiz arzulamırıq. (Sonxeber.az)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir