“Bu gündən test nəticəsi neqativ çıxan şəxslərə SMS göndərilməsinə başlanılıb”.
1Arada.az “Report”-a istinadən xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, testdən keçən şəxslər yaşadıqları ərazi üzrə sahə poliklinikasına müraciət edib cavablarını götürə bilərlər.