Smartfonların xərçəngin yaranmasına təsiri sübut olundu
Hər Şeydən Bir Az

Smartfonların xərçəngin yaranmasına təsiri sübut olundu

Yel Universitetinin alimləri xərçəngin yaranmasını mobil telefon şüalanmaları  ilə əlaqələndirirlər.

1Arada.az xəbər verir ki, tədqiqatın nəticələri “Medical Xpress” saytında yerləşdirilib.

Qeyd edilir ki, həkimlər bəzi xəstələrdə qalxanvari vəzin xərçənginin inkişafına smartfonların təsirini sübut edə biliblər. Mütəxəssislər 900-ə yaxın insanı müayinə edərək müəyyənləşdiriblər ki,  smartfonlardan aktiv istifadə edən birnuleotid polimorfizmi olan pasiyentlərdə qalxanavari vəzin xərçənginin yaranma riski iki dəfə artıb.

Alimlər qeyd edirlər ki, onkoloji xəstəliyin yaranmasında qacetlərdən aktiv istifadə ilə yanaşı genetik meyllilik də mühüm rol oynayır. İnsanlarda genetik həssaslığı müəyyən etməklə, onları risk qrupuna ayırmaq və xəstəliyin mümkünlüyü barədə məlumatlandırmaq olar. Yel Universitetinin alimləri hesab edirlər ki, onların işində ilk dəfə olaraq qacetlərin və genetik meyliliyin onkoloji xəstəliyin inkişafına birgə təsiri öyrənilib.

Araşdırmada iştirak edən mütəxəssislər problemin daha da dərindən öyrənilməsinin onkoloji xəstəliklərin diaqnostikasını yaxşılaşdırmağa kömək edəcəyini bildirirlər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir